"Atatürk" serialını yayımlamaqdan vaz keçən "Disney Plus" artan etirazlardan sonra geri çəkilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Disney Plus" artan etirazlardan sonra açıqlama yayıb.

Amerikaya məxsus yayımçı şirkət bildirib ki, "Atatürk" bu il yayımlanacaq: "Atatürk” yenilənmiş yayım cədvəlinə əsasən, oktyabrın 29-da 1-ci film televiziyanın xüsusi versiyası FOX ekranlarında, 3 noyabr və 22 dekabrda 2-ci film kinoteatrlarda yayımlanacaq. 2024-cü ilin yayında əlavə olaraq yenə də FOX ekranlarında olacaq".

Xatırladaq ki, ötən il Türkiyədə yayıma başlayan "Disney Plus" daha əvvəl "Atatürk" serialını oktyabrın 29-da yayımlayacağını açıqlasa da, sonradan müəmmalı şəkildə bu serialı yayımdan çıxardığını elan edib.

Bundan sonra şirkətə qarşı ertirazlar yüksəlib. AK Partya sözüçüsü Öçmər Şelik bu hərəkəti pisləyib və bildirib ki, erməni lobbisinin basqısı səbəbindən verilənbu qərarla bağlı lazımı tədbirlər görüləcək.

Bundan sonra Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Ebubekir Şahin "Disney+" platforması ilə bağlı araşdırma başlanmasına dair qərar verildiyini açıqlayıb.

Ləman

MİA.AZ