Məmləkət Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə canlı yayımda 14 may seçkilərində Kamal Kılıçdaroğlunun xeyrinə geri çəkilməsi üçün şərtlərini açıqlayıb.
Mia.az xəbər verir ki, o, Sözcü TV-nin "Liderlər Xüsusi proqramda" verilişində qonaq olub.
Jurnalistlərin suallarını cavablandıran İncə deyib ki, seçkidə prezidentliyə namizəd Kamal Kılıçdaroğlunu dəstəkləyə bilər: "Bunun üçün Gələcək Partiyasının sədri Əhmət Davudoğlu və DEVA sədri Əli Babacan Millət İttifaqından ayrılsın. Vitse-prezidentlik, nazir və ya başqa heç bir vəzifə istəmirəm. At onları kənara, səni dəstəkləyəcəyəm".
Samir
MİA.AZ