Türkiyə mayın 14-dəki seçkilərə doğru irəlilədikcə, mərkəzlərin keçirdiyi sorğular daha böyük maraqla izlənilir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə 12 tanınmış sorğu mərkəzləri ayrı-ayrı keçirdikləri sorğuların ortalamasını yayıblar.
12 təşkliatın (aşağıdakı cədvəldə həmin təşkilatların adları qeyd olunub - Mia.az) ortaq açıqlamasına görə, 14 may seçkilərində ölkənin prezidentini seçmək mümkün olmadığından, qalib 31 mayda keçiriləcək təkrar seçkidə müəyyənləşəcək.
Proqnoza görə, 2-ci tur seçkisində Ərdoğanla Kılıçdaroğlu yenə üz-üzə gələcəklər.
İddiaya görə, Kamal Kılıçdaroğlu yarışı 0.9 faiz səslə qalib bitirəcək: "İkinci turda Kılıçdaroğlunun 50,4 faiz, Ərdoğanın 49,5 faiz qazanacağı proqnozlaşdırılır".
12 sorğu mərkəzinin adları və yekun proqnozu ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Samir MUSAYEV
MİA.AZ