Fransalı arxeoloqun Parisdə çap etdirdiyi “Arxeoloji tədqiqatlar” kitabının Azərbaycan dilinə tərcüməsi nəşr olunub.
Mia.az xəbr verir ki, 1896-cı ildə fransalı arxeoloq Jak de Morqanın Azərbaycanın Talış bölgəsində apardığı tədqiqatların nəticələrini Parisdə nəşr etdirdiyi “Arxeoloji tədqiqatlar” adlı kitabının fransız dilindən Azərbaycan dilinə tərcüməsi AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, tarix elmlər doktoru Tufan Axundovun və Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundovanın redaktəsi ilə çap edilib.
Nəşrin layihə rəhbəri Cabbar Əliyev, tərcüməçisi İxtiyar Murtuzayev, naşiri isə Akif Dənzizadədir.
Kitabda müəllif gördüyü işləri addım-addım təsvir edir, əldə edilmiş materialların təsnifatlarını verir. Deyilənlərlə yanaşı, o, tədqiq etdiyi ərazinin tarixi inkişafı haqqında mülahizələr yürüdür, özünün çəkdiyi çoxlu sayda fotoları, rəsmləri, tərtib etdiyi sxemləri və xəritələri əlavə etməklə maraqlı məlumatlar təqdim edir.
Yeni nəşr arxeoloqlar, etnoqraflar, tarixçilər, sənətşünaslar, eləcə də qədim dövr tarixi və mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
MİA.AZ