Məşhur "Akasya Durağı" serialında taksi sürücüsü "Leyla" obrazı ilə böyük bir pərəstişkar kütləsi qazanan aktrisa Ayça İnci uzun müddət sonra ortaya çıxıb.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, sonuncu dəfə "Üç Kız Kardeş" serialında rol alan məşhur aktrisanın son görkəmi isə gündəm olub.

Sosial mediada yayılan fotolarına yazılan şərhhlərdə ona tərif yağıb. "Efirlərdən uzaq qalmaq ona düşüb", - deyə izləyiciləri aktrisanın gözəlliyinə diqqət çəkiblər.

Xatırladaq ki, Ayça İnci tanınmış kino aktyoru Bilal İncinin nəvəsidir. Bacısı Ayçin İnci də aktrisadır. Sənətçi orta məktəbdə oxuyarkən reklam və musiqi kliplərində rol alıb. O,  16 yaşında Kartal Tibetin rejissorluğu ilə çəkilən "Borsa" serialında ilk rolunu oynayıb...

Ləman

MİA.AZ