Məşhur "Kurtlar Vadisi Pusu" serialı ilə tanınan aktrisa Defne Samyelinin narkotik qəbulu məclislərində iştirakı barədə iddialar yayılıb.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, bu barədə haqqında həbs qərarı çıxarılan Kasım Garipoğlunun sürücüsünun istintaqa ifadə verdiyi deyilir.
Samyeli isə barəsində yayılan iddiaları təkzib edərək, yalnız bir dəfə Garipoğlunun evində olduğunu təsdiqləyib:

"Kasım Garipoğlunun evinə ötən sentyabr ayında Şevval Şahinin ad günü məclisi olub ora qatılmışam. Həmin məclisdə də qətiyyən qadağan olunmuş maddələrdən istifadə edilməyib..."
Ləman
MİA.AZ
