Fransa Prezidentinin rəsmi iqamətgahı olan Yelisey Sarayı soyulub.
Mia.az xarici mətbuata istnadla xəbər verir ki, sarayında çalışan 3 nəfər qiymətli tarixi əşyaları oğurlayıblar.
Paris Prokurorluğundan bildirilib k, faktla bağlı araşdırma başlayıb, biri zabit olmaqla, 3 nəfər qandallanıb: "Qarşıdakı aylarda həmin şəxslər mühakimə olunacaqlar"
Məlumatda deyilir ki, müxtəlif vaxtlarda oğurlanmış əşyaların təxmini dəyəri 15.000 ilə 40.000 avro arasında qiymətləndirilir: "Yoxa çıxan əşyaların bəzilərini onlayn hərrac saytlarında satışa çıxarılıb. Məhz buradan cinayətin izinə düşüblər..."
Saraydan isə bildirilib ki, oğurlanan əşyalar arasında "Sevr Fabriki" möhürü olan külqabılar, müxtəlif dövrlərə aid mis qablar, yemək seti, Rene Lalikin imzası olan heykəlcik, Baccarat kristal şampan qədəhləri və sairlər olub: "Onların bəziləri əməliyyatla tapılaraq geri qaytarılıb".
Firudin Səfərli
MİA.AZ