"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlının evində axtarış aparılır.

Lent.az-ın məlumatına görə, o, bu barədə özünün facebook səhifəsində yazıb. M. Qəhrəmanlı qeyd edib ki, o, hazırda Bakıda deyil. O, evində olmadığı halda axtarış aparılmasını qanunsuzluq adlandırıb.

Qeyd edək ki, M. Qəhrəmanlı hazırda İndoneziyada tədbirdədir.

Musavat.com isə hazırda Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində artıq axtarış aparılması barədə xəbər verib.

Mətanət Əzizovanın həyat yoldaşının və daha üç hal şahidinin də evdə axtarış aparılması prosesini müşahidə etdiyi bildirilir.

Məlumata görə, hazırda Mətanət Əzizovanın yaşadığı binanın qarşısına çox sayda insan toplaşıb.