Bu gün 61 gündür Laçın yolunda azərbaycanlı ekofəallar ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya keçirir.
Mia.az xəbər verir ki, soyuq hava şəraitinə baxmayaraq, aksiyaçılar gecboyu yatmayıb, Qarabağ iqtisadi rayonunda - sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin ekoloji terroruna son qoyulması məqsədiylə monitoriq keçirilməsinə şərait yaradılmasınə tələb ediblər.
Bu ün səhərdən də eyni tələblə bağlı şüarlar səsləndirilib, plakatlar qaldırılıb.
Qeyd edək ki, erməni tərəfinin uydurmasına baxmayaraq, yol hər iki istiqamətə humanitar məqsədlər üçün tam açıqdır.
Bu gün saat 12-yə olan məlumata görə, yoldan sülhməramlılara məxsus daha 3 maşın keçib.
***
Bu gün saat 15.30-a olan məlumata görə, sülhmərtamlılara mxsus daha 29 maşın yolun hər iki istiqamətinə maneəsiz hərəkət edib. Bununla da yolda gün ərzində hərəkət edən maşınların sayı 32-yə çatıb.
Samir
Mia.az