Türkiyənin Diyarbakır şəhərində zəlzələ nəticəsində çökən 10 mərtəbəli binanın dağıntıları altından 81 saat sonra 6 yaşlı uşaq salamat çıxarılıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 4 gündür davam edən xilasetmə əməliyyatının nəticəsi olaraq "Hisami Apartmanı"nın dağıntıları altından Beşir Yıldız adlı uşağın səsi eşidilib. 

Ehtiyatla aparılan çalışmalarla qalın betonlar kəsilərək 6 yaşlı uşaq sağ xilas olunub. 

Onu beton qalıqlaırn arasından çəkib çıxaran xilasedicinin "necəsən" sualına uşaq ürəkdağlayan cavab verib: "Susuzluqdan və aclıqdan ölürəm...".

O, dərhal xəstəxanaya aparılıb.

Lamiyə,

Mia.az