İsveçdə irqçi partiyanın lideri Rasmus Paludenin ötən gün Stokholmdakı Türkiyə səfirliyinin qarşısında Quran kitabını yandırması müsəlman ölkələrini ayağa qaldırıb.

Mia.az xəbər verir ki, başda Türkiyə olmaqla, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Pakistan İsveçdəki bu skandal hərəkətə kəskin etirazlarını bəayn ediblər.

Türrkiyə XİN İsveçin Ankaradakı səfrinin nazirliyə çağırıb, ona nota verilib. Bir neçə ölkə də anoloji addımı atıblar.

Etirazların böyüməsindən sonra İsveç Baş naziri Ulf Kristerssön Quran kitabının yandırılmasına belə reaksiya verib: "İfadə azadlığı demokratiyanın təməl parçasıdır. Ancaq bir şeyin qanuni olması anlamına gəlməz. Çox insan üçün müqəddəs olan kitabı yandırmaq son dərəcə saygısız bir davranışdır".

Xatırladaq ki, Paludan 2017-ci ildən bu yana Danimarka və İsveçdə Quran kitablarını yandırmaqla tanınır. O, Türkiyənin isveçin NATO-ya üzv olmasına qarşı şərt qoymasından qəzəblənib. 

Samir Musayev,

Mia.az