Bu gün Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyadan 43 gün ötür.
Mia.az xəbər verir ki, ötən gecəboyu da şüarlar səsləndirən ekofəallar bu gün səhər dövlət himnimizlə akisyanı açıq elan ediblər.
Onu da qeyd edək ki, yol humanitar məqsədlər üçün tamamilə açıqdlr.
Artıq Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 5 avtomobil bu gün yolldan maneəsiz şəkildə hərəkət edib.
Həmin maşınlar Xankəndidən Erməistana doğru yollanıb.
Saat 10.00-dək isə Rusiya sülhməramlılarına məxsus 5 maşın da yoldan sərbəst hərəkət edib.
***
Saat 12.00-a olan məlumata görə, yoldan hər iki istiqamətə hərəkət edən sülhməramlılara məxsus maşınların sayı 24-ə yüksəlib.
Bu faktlar göstərir ki, ermənilərin böhtanlarına baxmayaraq, yol tam açıqdır.
***
Saat 16.00-a olan məlumata görə, Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 44-ə çatıb.
***
Saat 19.00-dək olan məlumata görə, bu gün Laçın yolunda hər iki istiqamətə rahat hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 55-ü ötüb.
Ləman,
Mia.az