Fövqəladə Hallar nazir Kəmaləddin Heydərov daha bir rəisi vəzifədən azad edib.

Mia.az-ın əldə etdiyi məlumata görə, FHN-nin Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Axundov xidmət müddəti ilə bağlı təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Bakı Regional Mərkəzinin rəis müavini, 38 yaşlı polkovnik Vüqar Ağayev adıçəkilən mərkəzə rəis təyin olunub.

Onu da qeyd edək, Mehman Axundov Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi, general Vaqif Axundovun qardaşı oğludur.

Mia.az