Rusiyanın hərbi qaynaqaları "Qıyamət silahı" olaraq adlandırılan və "Belqorod" dənizaltı gəmisinə yerləşdirmək üçün istehsal olunan nüvə başlıqlarının uğurla sınaqdan çıxarıldığını elan edib.
Mia.az xəbər verir ki, bu barədə TASS-a Rusiya hərbi mənbələrindən məlumat sızdırılıb.
Qeyd olunub ki, artıq "Belqorod" dənizaltı gəmisi üçün "Poseidon" adlı nüvə başlıqlarının ilk partiyası istehsal olunub: "Nüvə başlıqlarının ilk sınaqları gözlənildiyi kimi, çox uğurla həyata keçirilib. Çox yaxın günlərdə bu başlıqlar xüsusi məqsədlər üçün dəniz altında fəaliyyət göstərən "Belqorod"a təhvil veriləcək.
Bununla yanaşı, 2027-ci ilə kimi belə başlıqlarla təhciz olunacaq dənizaltı gəmilərin sayı 3-ə çatdırılacaq".
Mənbə bildirib ki, "Poseidon" dağıdıcı sunami effekti yaradacaq gücə uyğun hazırlanıb və bu səbəbdən "Qiyamət silahı" adlandırılır.
Samir,
Mia.az