Prezident Ərdoğanın Türkiyədə prezident seçkilərinin tarixini açıqlamasından sonra müxalifətdən reaksiyalar gəlir.

Mia.az xəbər verir k, ana müxalifət partiyası CHP mətbuat xidməti Ərdoğanın seçki tarixini tez-tez dəyişdirməsinin qəbuledilməz olduğunu bəyan edib: "Əvvəl iyul dedilər. Sonra əvvələ çəkilə biləcəyini dedilər. Biz də seçkinin 6 apreldən tez keçirilməsinə həmişə "hə" dedik. Amma bu tarixdən  sonrakı günlərin Ərdoğanın kreslosunu qorumağa hesablandığını dedik. İndi də mayın 14-ü deyirlər. Bu, onun kreslosunu qorumaq üçün son təlimatı olar. Məsələ ilə bağlı mütəffiqlərimizlə müzakirə aparacğıq".

İYİ partiyasının sədri Meral Akşener isə seçki gününün elan olunmasına tək kəlmə ilə reaksiya verib: "May bizimdir".

Samir Musayev,

Mia.az