Xalq artisti Könül Xasıyeva daha bir jurnalisti, “Olay.az” saytının əməkdaşı Pərviz Hüseyndən polisə şikayət edib.
Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, buna səbəb saytda Xalq artistinin müalicə üçün topladığı ianə ilə özünə it alması barədə məlumatın yayılması olub.
Belə ki, P. Hüseyn K. Xasıyevanın topladığı 2 min manat ianə ilə it aldığını yazıb. Xalq artistinin şikayətindən sonra polis P.Hüseyndən bu məlumatı haradan əldə etməsini soruşub. Könül Xasıyevanın iddiasına görə, sayt rəhbəri bu məlumatı Bakupost.az-dakı müsahibədən götürdüyünü bildirib.
Lakin P. Hüseyn bu xəbəri təkzib edib və polisə belə bir məlumat vermədiyini deyib. Onun sözlərinə görə, polis ona zəng edib idarəyə dəvət edib, o isə rəsmi dəvət istəyib: “Bizim danışıqlarımızın səs yazısı var, mən Günel Musanın və “Bakupost”un adını çəkməmişəm”.
Qeyd edək ki, Könül Xasıyeva aparıcı Zaur Kamalı polisə verib.
Ötən gün Bakı Şəhər Baş Polis İdarəsinə gələn Xalq artisti bildirib ki, Bakupost.az –a verdiyi müsahibə ilə bağlı heç bir narazılığı, şikayəti yoxdur.
K.Xasıyevanın şikayəti yalnız Zaur Kamal və Pərviz Hüseyndəndir.