Kəlbəcərdə yük avtomobili dərəyə yuvarlanıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, noyabrın 14-ü saat 2 radələrində rayonun Yanşaq kəndi ərazisində Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.