Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ?İnter? - ?Qəbələ? oyununda Qəbələ klubunun bəzi üzvlərinin oyun satması haqda xəbər yayılmışdı. Hər iki komandanın rəsmiləri bununla bağlı mövqelərini ortaya qoyaraq, məlumatı təkzib etmişdilər. Bunda vasitəçilik edərək qazanc əldə etdiyi bildirilən FİFA hakimi Anar Niyazovu arasaq da, cəhdimiz alınmamışdı. Niyazov özü bizimlə əlaqə saxlayaraq əsəbi halda mövqeyini bildirib: "Haqqımda deyilənlər boş söhbətlər və tamamilə yalandır".