Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə ölkədə yaranan gərginliklə bağlı müzakirə aparıb.
Mia.az xəbər verir ki, bu barədə Ş.Mişel tviiter səhifəsində paylaşım edib.
O bildirib ki, Özbəkistan liderinə Əfqanıstanda terrorizmlə mübarizədə roluna görə təşəkkür edib və tərəflər Qaraqalpaqstanda baş verən son hadisələrlə bağlı müzakirə aparıblar.
Onu da qeyd edək ki, Mişel bu gün Qazaxıstan prezidenti ilə də telefonda müzakirə aparıb.