“Rusiya Silahlı Qüvvələri Vovkivka, Myropillya, Kindrativka və Esman qəsəbələri ərazilərinə helikopterlər vasitəsilə hava zərbələri endirib. Şestakovo yaxınlığında işğalçılar yolları minalayıblar".

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Slavyan istiqamətində hücuma hazırlaşır: “Dobryanka rayonunda əsgərlərimiz düşmənin təxribat-kəşfiyyat qrupunu, demək olar ki, tamamilə darmadağın edib. Həmçinin təxribat-kəşfiyyat qrupunun ardınca gələn hərbçilərin hücumu dəf edilib".

Məlumata görə, Qara və Azov dənizində düşmən Ukrayna ərazisindəki infrastruktur obyektlərinə raket zərbələri endirmək üçün dörd “Kalibr” dəniz qanadlı raketdaşıyıcısını hazır vəziyyətdə saxlayır: "Raket-artilleriya və aviasiya bölmələrimiz müəyyən olunmuş istiqamətlərdə düşmənin dayaq məntəqələrinə, cəmləşmə məntəqələrinə və anbarlarına zərbələr endirməkdə davam edir”.