Mayın 15-də səhər saatlarında Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib.

Bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski teleqramda bildirib.

Zərbə nəticəsində Polşa ilə sərhəd yaxınlığında yerləşən hərbi obyekt dağıdılıb: "Polşa ilə sərhədə yaxın Yavoriv rayonunda yerləşən hərbi infrastruktur obyektinə 4 raket düşüb. Obyekt tamamilə məhv edilib".

İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur/Report.

Xatırladaq ki, bundan əvvəl Lvov vilayəti üzərində zenit-raket qüvvələrinin Rusiyanın Qara dənizdən atılan iki raketini vurduğu bildirilib.

Mia.Az