Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27400 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1220 ədəd tankı, 2 958 ədəd zirehli döyüş maşını, 555 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 88 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 164 ədəd helikopteri, 95 qanadlı raket, 2 042 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 411 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib".