Rejissor Kənan M.M. "TikTok” sosial şəbəkəsindən əldə etdiyi gündəlik gəlirini açıqlayıb.
Bu barədə o, ARB-də yayımlanan "Günə doğru” verilişində danışıb.
Rejissorun sözlərinə görə, onun sosial şəbəkədən gündəlik gəliri 200 ABŞ dolları təşkil edir: "Əvvəl hesab açanda fikirləşdim ki, birdən canlı yayımda uduzaram. Belə də oldu. Sonra izləyici yığıldı. Pula çevirəndə təxminən 200 dollar qazanıram”.
Kənan M.M. əldə etdiyi gəlirini elə "TikTok”da xərclədiyini vurğulayıb: "Amma o pulu çıxarmağa utanıram. Elə "TikTok”da xərcləyirəm. Canlı yayımlarda hədiyyə göndərirəm. Qoy insanlar sevinsinlər”/Oxu.