Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimova tərəfindən məhkəməyə verilib.

Mia.az xəbər verir ki, F.Kərimova Lent.az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət edib.

Xalq artistinin sözlərinə görə, Afət Fərmanqızı onun müalicəsi barədə qeyri-etik ifadələr işlədib: "Mən xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək".

Mia.az