Ukraynanın Müdafiə Nazirliyi müharibənin 11-cü gününə qədər Rusiyanın itkiləri barədə məlumat yayıb.

Mia.az xəbər verir ki, son 11 gündə Rusiya ordusunun Ukraynada 11 mindən çox hərbçisinin həlak olduğu bildirilib: "Bununla yanaşı, Rusiya ordusu 285 tank, 985 Piyadaların Döyüş Maşını, 109 artilleriya qurğusu, 50 reaktiv atəş sistemi, 44 hərbi təyyarə, 44 hərbi helikopter, 447 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 4 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib".