Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində həlak olan azərbaycanlıların adları açıqlanıb.
Bu barədə Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.
Bildirilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası həak olublar: "Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır".
Fəxri Konsulluğundan o da bildirilib ki, səhər saatlarından etibarən 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyyə edilib.
***
Ukraynanın Xarkov şəhərində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.
Mia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.
O bildirib ki, hadisə martın 4-də baş verib: “Nəticədə ev sahibi, həyat yoldaşı və bibisi dünyasını dəyişib. Ailənin üç uşağı valideynsiz qalıb. Onlardan böyüyünün 15, kiçiyinin 4 yaşı var. Həlak olanların hamısı yaxın qohumlarımdır. Çox ağır hadisədir”.
MİA.AZ