Ukraynanın Silahlı Qüvvələri Sum vilayəti istiqamətində Rusiya ilə dövlət sərhəd xəttinə çatıb.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov feysbukda yazıb.
O bildirib ki, Rusiya ilə müharibənin yeddinci günündə 5-ci önbölmə dəstələrimizin sərhədçiləri Rusiya Silahlı Qüvvələrinin bölmələri ilə birgə Sum vilayətində Ukraynanın dövlət sərhəd xəttinə çıxıb.