“Biz humanitar yardım üçün Ukraynaya 500 milyon avro ayıracağıq”.

Mia.az xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen tviter səhifəsində yazıb: “Ardı da gələcək. Rumıniyada Ukrayna üçün humanitar mərkəz yaradırıq. Ukraynaya humanitar yardıma görə təşəkkür edirik”/Report.

Bu arada bəlli olub ki, Almaniya hakimiyyəti Ukraynaya 2 700 “Strela” zenit-raket qurğusu tədarük etməyi planlaşdırır.

Bu barədə Almaniyanın İqtisadiyyat və İqlimi Müdafiə Nazirliyindən bildirilib.

Mia.az