"Şimal və Sakit Okean donanmaları, eləcə də uzaqmənzilli raketlərlə təchiz olunmuş aviasiya gücləndirilmiş heyətlə hazır vəziyyətə gətirilib".

Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri nüvə silahlarının döyüş vəziyyətinə gətirilib-gətirlməməsi barədə suala cavab verən Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

O bildirib ki, strateji qüvvələrin komandanlıq məntəqələrində növbələr keçirilir: "Raket Qoşunları, Şimal və Sakit Okean donanmaları və Uzaqmənzilli Raketli Aviasiya Komandanlığı gücləndirilmiş heyətin döyüş növbətçiliyinə başlayıb”.