Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevi tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Mia.az xəbər verir ki, bununla bağlı Zelenski öz teleqram kanalında paytaxtın hökumət məhəlləsindən video yayımlayıb.

O, canlı yayımda komandasının üzvlərini - Baş nazir Denis Şmıxal, Prezidentin aparat rəhbərinin müşaviri Mixailo Podolyak, Aparatın rəhbəri Andrey Yermak və digərlərini təqdim edərək "Biz burdayıq, yerimizdəyik", - mesajını verib.