“Rusiya Volodimir Zelenskini Ukraynanın Prezidenti kimi tanıyır”.
"RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov fevralın 25-də jurnalisltərə açıqlamasında bildirib.
“Bəli, əlbəttə, Zelenski Ukraynanın Prezidentidir”, - o, deyib/Report
Mia.az xəbər verir ki, Peskov Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlar üçün Belarusun paytaxtı Minskə heyət göndərməyə hazır oduğunu da bəyan edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın hərbi əməliyyatlardan başqa yolu yox idi: "Diplomatiya nəticə vermirdi. Donbasda rus dilinin qorunması vacib məsələdir. Həmçinin bizim iqtisadi əlaqələrimiz var. Atəşkəs, şəffaf seçkilər istədik. Ukrayna bizim tələblərimizi rədd etdi. Biz Kiyevlə razılığa gəlmək istədik, amma alınmadı. Rus dilinin Donbasda məhv edilməsinə icazə verə bilməzdik”.
Mia.az