****
Fərqli bir qaynaq musavat.com-a deyib ki, əslindəNəqliyyat Nazirliyinin işçilərinin bir KamAZ sürücüsünü döyməsi nəticəsində yerli əhali ayağa qalxıb. Onlara da başqa yük maşınlarının şoferləri qoşulub. O da təsdiq edir ki, Nəqliyyat Nazirliyi ağır tonnajlı yük maşınlarını kontrol etmək üçün magistral yolların kənarında iri tərəzilər quraşdırıb: "Qobustan qəsəbəsinin mərkəsində iki KamAZ markalı yük maşınını çəkərkən sürücü ilə nazirlik işçiləri arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, mübahisə sonradan davaya çevrilib və nəticədə sürücülərdən biri Ziya Məmmədovun işçiləri tərəfindən döyülüb. Bunu eşidən qəsəbə sakinləri hadisə yerinə gələrək etiraz ediblər. Sonradan ora gələn qobustanlıların sayı çoxlaraq təxminən 300 nəfərə çatıb. Aksiya iştirakçıları Bakı-Qazax yolunun Qobustandan keçən hissəsini bağlayıblar. Onlar yolun ortasında barrikada qurmağa cəhd göstərirlər. Məlumatda o da bildirilir ki, sürücülər etiraz olaraq yolun ortasında avtomobil şinləri yandırırlar. Hadisə şahidlərinin verdiyi xəbərdə o da bildirilir ki, hadisə yerində polislər yoxdu, sadəcə sahə müvəkkili var və o da mərkəzdən kömək istəyib.
Mənbəmizin məlumatına görə, aksiya iştirakçıları polis gəlsə belə yolu açmayacaqlarını, onlara qarşı fiziki güc işlədən Nəqliyyat Nazirliyinin işçilərinin cəzalandırılmasını tələb edəcəklərinin deyiblər".
Aksiya saat 1.30 radələrində bitib.