Qafqaz
Universiteti rektoru, professor Əhməd Saniçın adına açılmış saxta e-maildən
Azərbaycan mətbuatına göndərilən məlumatların yalan olduğunu təkzibləyən
sözügedən universitetin rəhbərliyi yeni məlumat yayıb.
Mia.az-a Qafqaz
universiteti ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Natiq Paşanın
adından daxil olan məlumata görə, həmin saxta e-mail ünvanla bağlı araşdırma
aparılıb: "İctimaiyyətə bildiririk ki, aidiyatı qurumlara bu saxta e-mail
ünvanın haradan, kim tərəfindən, nə zaman açılması haqqında araşdırma aparılması
üşün müraciət etmişdik. Müraciət nəticəsində müəyyən edilmişdir ki, bu
saxta e-mail Türkiyədə açılmış, həqiqətə
uyğun olmayan xəbərlərin də Türkiyədən Azərbaycan mediasına göndərilib.
Doğmalarından ayrilaraq ölkəmizə gəlmiş olduğu 9 il ərzində Umummilli liderimiz
Heydər Əliyevin əsasını qoyduğu Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla
davam etdirdiyi modern Azərbaycan təhsil siyasətinin uğurla heyata
keçirilməsində iştirak edən dünya şöhrətli alim haqqında bu cür həqiqəti əks
etdirməyən xəbərlərə dəyərli media nümayəndələrimizin də həssas yanaşmasını,
mənbəyi bilinməyən məlumatlar yaymaq
əvəzinə, onları düşündürən suallarla bizə müraciət etmələrini təmənni edirik”.