Azərbaycanda daha 384366 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 12 114 431 nəfərə çatıb.

Bunlardan 5 239 838 birinci, 4 746 927 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə  2 127 666-ya yüksəlib.