Azərbaycanda daha 36866 nəfər peyvənd olunub.
Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 12 075 995 nəfərə çatıb.
Bunlardan 5 236 758 birinci, 4 745 006 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 094 231-ə yüksəlib.