Azərbaycanda yeni polis bölməsi yaradılıb.

Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl Polis Bölməsi yaradılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.