Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi sabah Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq.

Mia.az xəbər verir ki, artıq sənəd təsdiq olunması üçün TBMM-in Xarici Əlaqələr Komitəsinə göndərilib.

Qeyd edək ki, dünən Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsini təsdiq edib.

Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanıb.