Sülhməramlı qüvvələrin Qazaxıstanda qalma müddəti vəziyyətdən və respublika rəhbərliyinin qərarından asılı olacaq, əməliyyat başa çatdıqdan sonra qoşunlar çıxarılacaq.

Mia.az xəbər evrir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas deyib.

O bildirib ki, qoşunların qalma müddətinin qısa olacağı gözlənilir: "Bu müddətin bir neçə gün və ya bir neçə həftə olacağı Qazaxıstanda yaranan vəziyyətdən və təbii ki, Qazaxıstan rəhbərliyinin mövqeyindən asılı olacaq. Əgər Qazaxıstan rəhbərliyi "vəziyyətin sabitləşdiyini və ona bütün dövlətlərimizin köməyi olmadan öz qüvvələri tərəfindən nəzarət edildiyini hesab edərsə, təbii ki, əməliyyat başa çatacaq, bütün qoşunlar çıxarılacaq".