"Birləşmiş Ştatlar hesab edir ki, Qazaxıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakı olmadan təkbaşına iğtişaşlara qarşı mübarizə aparmağa qadirdir”.

Mia.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken  deyib.

O, Rusiyanın KTMT adıyla Qazaxıstana hərbçi göndərməsinə toxunaraq "Blinkenin “Əgər sizin evinizdə ruslar varsa, onları çıxmağa məcbur etmək çətin olacaq”, - deyə, bildirib: “KTMT-yə gəlincə, bizim Qazaxıstanın təcili yardım üçün müraciətinin mahiyyəti, nə üçün irəli sürülməsi ilə bağlı suallarımız var, bununla bağlı daha ətraflı məlumat almağa çalışırıq. Sözsüz ki Qazaxıstan hakimiyyətinin və hökumətinin etirazlarla bağlı vəziyyəti düzgün həll etmək, asayişi qorumaq, etirazçıların hüquqlarına hörmətlə yanaşmaq potensialı var. Odur ki, onların hansı səbəbdən kənar yardıma ehtiyac duyduqları aydın deyil”.

E. Blinken Qazaxıstan hakimiyyətini etirazçıların hüquqlarına hörmət etməyə çağırıb.