Baş nazir Əli Əsədov “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi" haqqında yeni qaydaları təsdiq edib.
Mia.az xəbər verir ki, qaydalara əsasən, şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilib.