Azərbaycanda daha 28277 nəfər peyvənd olunub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Azərbaycanda peyvənd olunanların ümumi sayı 11 046 136 nəfərə çatıb.

Bunlardan  5 138 212 birinci, 4 638 622 ikinci mərhələ üzrə vaksinasiya olunub, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə  1 269 302-yə yüksəlib.