İnsanlar bu gün Kiyevdə qaçmış prizident Viktor Yanukoviçin rezidensiyasına gələrək, keçmiş prezidentin necə yaşadığını görmək üçün içəri daxil olmağa cəhd ediblər. Rezidensiyaya əvvəlcə güc strukturları ilə jurnalistlər daxil olub.

ANS PRESS-in məlumatına görə, camaat saat 12 radələrindən başlayaraq Yanukoviçin Cənnətinə girmək istəyiblər. Xalq arasında "Korrupsiya muzeyi" adlandırılan prezidentin Mejiqoryedəki rezidentiyasına girmək istəyənlər, onun cəh-cəlalını öz gözləri ilə görmək istəyiblər.

Maydanın özünü müdafiə qüvvələri acıqlı xalqın heç bir fəsad və dağıntı törətməsinə imkan verməyib. İnsanların bəziləri "Yanukoviçin qızıl unitazını" görmək üçün hasarı dağıtmaq istəsə də, bunun qarşısı alınıb.