“Azərbaycan Ordusunda bir neçə yeni qurum - əməliyyat (komando) qurumları, briqadaları yaradırıq”.
Mia.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirdiyi mətbuat konfransında deyib.
Zakir Həsənov deyib ki, Vətən müharibəsindən sonra cənab Prezidentin tapşırığı ilə biz müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan Ordusunda təşkilatlı ştat tədbirləri həyata keçirilib: “Cənab Prezidentin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təşkil etməkdə davam edirik”.
Nazirin sözlərinə görə. Azərbaycan Ordusunun çox saylı hərbi qulluqçuları Türkiyədə təlim keçir: “Hərbi qulluqçularımız Türkiyədə təlim keçəndən sonra Azərbaycana qayıdıb, ən mühüm birləşmələrdə xidməti davam etdirir. Bizim gələcəkdə də böyük planlarımız var”.
Mia.az