Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-da Rusiyanın paytaxtı Moskvaya yola düşüb.
Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.
Toplantı noyabrın 10-da keçiriləcək.