Mənbə iddia edib ki, Azərbaycanda uzun illər yüksək vəzifədə çalışan və böyük imkanlara sahib biznesmen ailəsinin faktiki ağsaqqalı olan Nazim İbrahimovun kirayədə yaşamasının səbəbi təbii ki, ilkin təsəvvürə gələn evsizlik problemi ilə bağlı deyil. Bu sadəcə fakt olaraq belədir.
Redaksiyamızı bilgiləndirən şəxs İbrahimovun kirayədə yaşama səbəbləri ilə bağlı da maraqlı məlumatlar verib. Belə ki, Azərbaycanın Dövlət Komitəsinin sədri əvvəllər Yasamaldakı şəxsi mülkündə yaşayıb. Lakin bir neçə il əvvəl (yeri gəlmişkən bu barədə xəbərlər də mediada işıqlandırılıb) onun sözügüdən mülkü içindəki bahalı əşyalarla birlikdə yanaraq külə dönüb. Bundan sonra komitə sədri dövlət tərəfindən ona verilmiş bağ evi olasa da, orada yaşamayaraq iş yerinə yaxın bir ərazidən ev kirayələməyi qərara alıb.
Məlumata görə, N. İbrahimov hazırda rəhbərlik etdiyi Diasporla iş Üzrə Dövlət Komitəsinin yerləşdiyi binaya bitişik (arxa tərəfində) o qədər də ucuz olmayan bir evdə ailəsi ilə birlikdə kirayədə yaşayır.
Eyni zamanda Nazim İbrahimovun Yasamaldakı mülki yanandan sonra indi kirayədə yaşadığı əraziyə yaxın yerdən yeni ev aldığı və onun hazırda təmirdə olduğu bildirilir.
Nazim İbrahimovun evinin yanması ilə bağlı xəbər aşağadakı linkdə: