Prezident İlham Əliyev Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş prezidentinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Sultanoviç Auşev "Dostluq” ordeni ilə təltif edilib.