"Həyatda elə bilmişəm ki, sevmişəm, dəli-divanəyəm. Amma yenə də xoşbəxtlik olmayıb. Bəlkə xoşbəxtlik indiki halımdır. Ailən sağlam, salamat, ətrafında gözəl insanlar olsun. Sənin dayağın olsun".
Bu sözləri rəqqasə Oksana Rəsulova aktrisa Zümrüd Qasımovanın "Dönə bilsəm" proqramında deyib. Sənətçi kimliyini gizli saxladığı həyat yoldaşından bəhs edib:
"Həyat yoldaşım mənim 12 illik dostumdur. Əgər 12 il əvvələ qayıtsaydım, yenə onu seçərdim. Dostum oldu, amma onu görmədim. Sonra anladıq ki, bir-birimizi sevmişik. İndi ikimiz də deyirik ki, niyə 12 il əvvəl sevmədik bir-birimizi?".
Qeyd edək ki, Oksananın bu nikahdan Osman adlı övladı var/Axsam.az.