Azərbaycanda 9 gün iş olmayacaq.
Mia.az xəbər verir ki, Novruz bayramı ilə əlaqədar olaraq ölkədə 20-28 mart tarixlərində qeyri-rəsmi iş günü olacaq.
Bunula bağlı dövlət qurumları, o cümlədən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 29 mart tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.