"Elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı tərəfimizdən heç bir təklif verilməyib".
Bunu "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanacağın qiymətləri qalxsa da, elektrik enerjisinin qiymətlərində artım gözlənilmir: "Baxmayaraq ki, yanacağın qiyməti qalxıb, əhaliyə enerjinin satışı indiki qiymətdə davam edəcək. Qiymətlərin qalxması ehtimalı da yoxdur”. Qışla bağlı elektrik enerjisinin verilməsində fasilələrin yaranacağını istisna etməyən ASC prezidenti, belə hallara qarşı tədbirlər gördüklərini vurğulayıb(apa).
Etibar Pirverdiyevdən işığın qiyməti ilə bağlı açıqlama
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08