Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində gözlənilməz kadr dəyişikliyi baş verib.
Belə ki,
Xətai Telefon Qovşağının rəisi Əhməd Mehdiyev qəfil nazirliyə çağrılıb və ondan ərizəsini yazmaq tələb olunub.
Yəni Əhməd Mehdiyevin işdən azad olunması haqda yayılan
xəbərlərin əksinə olaraq, onu hər
hansı bir qanunsuzluğa görə işdən azad etməyiblər.
Sadəcə, ona "belə
məsləhətdir” deyilib.
Bu sözləri
mia.az-a nazirliyin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib. Onun
sözlərinə görə, Əhməd Mehdiyevin yerinə Poçtdaşıma Mərkəzinin rəisi Nazim Əliyev
təyin olunub: «Daha bir maraqlı təyinat isə Poçtdaşıma Mərkəzində aparılıb. Ötən
il rəhbərlik etdiyi Yasamal poçt filialında iri məbləğdə yeyinti faktına görə vəzifəsindən
azad edilən Fikrət Vəliyev həmin mərkəzin rəisi təyin olunub».
Xatırladaq
ki, Fikrət Vəliyev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müavini Ədalət
Vəliyevin qardaşıdır. O, ötən il Abşeron poçt filialının rəisi ilə birgə işdə
yol verdikləri nöqsanlarla bağlı Yasamal Poçt Filialının rəisi vəzifəsindən azad olunsa da, az sonra Poçtdaşıma Mərkəzinə rəis
müavini təyin olunmuşdu.